Deputatımız İtaliyada mediasiyanın önəmi haqda danışıb- ÖZƏL

"Edutime" Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə İtaliya, Avstriya və Macarıstanda "Təhsil İşçilərinin Avropa Peşə - Təcrübə Proqramı" baş tutub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Vüqar İcgəndərov məlmat verib. Bildirib ki, proqram iştirakçıları İtaliyanın paytaxtı Roma şəhərində İtaliya Mediasiya Mərkəzində qonaq olublar. Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov mediasiyanın önəmi haqda danışıb. 
O "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunundan danışıb və bildirib ki,  Azərbaycan qısa müddət ərzində mediasiya sahəsində çox böyük uğurlar əldə edib. Deputat eyni zamanda Azərbaycanda həyata keçirilən təhsil islahatları haqda da geniş məlumat verib. 
Daha sonra İtaliya Mediasiya Mərkəzinin rəhbəri Leonardo D'Urso Azərbaycandan gələn təhsil işçilərinə "Təhsildə mediasiya" mövzusunda təlim keçib. Sonda iştirakçılara mərkəzin beynəlxalq sertifikatları təqdim edilib. Qeyd edək ki, tədbir Azərbaycan Mediasiya Şurasının dəstəyi ilə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31