Sədaqət Vəliyeva: “Heydər Əliyevin həyat və fəaliyyətini sözlə ifadə etmək mümkün deyil”

"Hər bir xalqın tarixində, onun talehyüklü məsələlərində xilaskarlıq missiyasını öz üzərinə götürərək xalqı bəlalardan xilas edən tarixi şəxsiyyətlər olmuşdur. Bu mənada Azərbaycan Xalqı çox xoşbəxt xalqdır ki, onun tarixində Heydər Əliyev kimi qorxmaz, qətiyyətli, uzaqgörən, dahi, xilaskar, lider şəxsiyyət olmuşdur. Azərbaycan Xalqının Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edərək, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, vətənə bağlılığı və digər ən yüksək keyfiyyətləri ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək inkişaf yoluna çıxarmışdır. Müasir, qüdrətli Azərbaycan dövlətinin memarı olan böyük Öndər Heydər Əliyevin fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, dahi Heydər Əliyevin həyat və fəaliyyətini sözlə ifadə etmək mümkün deyildir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib: "Azərbaycan üçün ömrünü şam kimi əridərək xalqına işiqlı gələcək bəxş edən Xalqımızın böyük oğlu Heydər Əliyev yaradılmış maneələrə baxmayaraq dəfələrlə özünü böyük təhlükələrə ataraq, haqq səsimizi dünyaya çatdırmışdır. Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaradan, qurucu Heydər Əliyev çıxışlarının birində belə demişdir: "Hamı bilsin ki, məni heç bir şey qorxutmur. Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarıma, torpağıma xidmət edim. Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq".
Əbədiyaşar Heydər Əliyev dühası Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biridir. Eyni zamanda Ulu Öndərimizin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik siyasətçi yetişdirməsi olmuşdur. Heydər Əliyev məktəbinin ən layiqli davamçısı olan İlham Əliyev Ümumilli Liderimizin həyata keçirdiyi siyasəti layiqincə, uğurlu şəkildə davam etdirdi. 
Ruhun şad olsun Ümummilli Liderimiz Heydər Əliyev:   Yetişdirdiyin, özün qədər inandığın cənab Prezidentimiz İlham Əliyev ona olan inamını və etimadını tam və ən yüksək səviyyədə doğrultdu.
Ruhun şad olsun Ulu Öndərimiz Heydər Əliyev: Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Ermənistanı ağır məğlub edərək, torpaqlarımızı işğaldan azad etməklə yanaşı həm də təkbaşına beynəlxalq ədaləti bərpa etdi. 
Ruhun şad olsun Xalqımızın Xilaskarı Heydər Əliyev: Övladın "Ata Vəsiyyətini" yerinə yetirdi. 
Ruhun şad olsun Xalqımızın böyük oğlu Heydər Əliyev:                                                               Möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu və unikal siyasət nəticəsində bu gün ki Azərbaycan məhz Sizin görmək istədiyiniz qüdrətli, Qalib Azərbaycandır. 
Ruhun şad olsun müasir Azərbaycanın qurucusu Heydər Əliyev:                                                           Bu gün Azərbaycan dünyada böyük hörmətə və etibara malik, nüfuzu günbəgün artmaqda və imzası imzalar içərisində olan, dünya dövlətlərinin hesablaşdığı dövlətdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31