Heydər Əliyev Fondu vətəndaşının ümid və pənah yerinə çevrilib- ÖZƏL
13 May 2024 10:16 Siyasət"Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən hər bir Azərbaycan vətəndaşının ümid və pənah yerinə çevrildi. Həm ölkə daxilində, həm də ölkə xaricində bir çox mühüm layihələrə imza atdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Fond yarandığı gündən təhsilimizə də xüsusi qayğı ilə yanaşdı. Ölkənin bir çox bölgələrində yeni məktəb və bağçalar inşa olundu. Fond milli-mənəvi dəyərlərimizin qorunmasına da xüsusi diqqət ayırdı. Bu diqqət və qayğı yalnız müsəlman abidələrinə deyil, digər dinlərə də göstərildi. Bu gün Fond Qarabağda ermənilər tərəfindən dağıdılmış abidələrimizin bərpasında da fəal iştirak edir. Fondun xətti ilə bir çox mədəniyyət abidələri, məscidlər təmir və bərpa olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31