Azərbaycan Bolqarıstan münasibətləri yeni inkşaf mərhələsinə qədəm qoyub- ÖZƏL
13 May 2024 10:02 Siyasət"Strateji tərəfdaş və dost ölkələr olan Azərbaycanla Bolqarıstan arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri günbəgün inkşaf edərək Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə səviyyəsinə qədər yüksəlmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib: "Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı mövcud əlaqələrin daha da inkşafına və yeni - yeni əməkdaşlıq sahələrinin yaranmasına təkan verəcək. Səfərlə bağlı ölkə Liderləri mətbuata bəyanatlarla çıxış etdilər. Çıxışında Cənab Prezidentimiz İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrin sürətli və uğurlu inkişafından danışdı. Dövlətimizin Başçısı həm də hazırda Azərbaycanla Bolqarıstan arasında önəmli əməkdaşlıq sahələrindən olan nəqliyyat və enerji sahələrinin inkşaf perspektivləri, qarşıya qoyulmuş məqsədlər və gələcək planlar haqqında məlumat verdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Bolqarıstan münasibətləri yeni inkşaf mərhələsinə qədəm qoymuşdur.
Bu gün Azərbaycanda sosial, iqtisadi inkşafla yanaşı dünya ökələri ilə mövcud əlaqələr daha da genişləndirilir, yeni-yeni müqavilələr imzalanır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün dünyada siyasi katakilizm və qeyri sabit vəziyyət hökm sürsə də, Azərbaycan bütün bu proseslərin mənfi təsirlərindən tam kənardadır və ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzu və gücü günbəgün artmaqdadır. Əlbətdə bütün bunlar ölkə başçımız, cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən, siyasətin və gecə-gündüz xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinin nəticəsidir".