DİN və ANAMA mina təhlükəsi ilə bağlı müraciət etdi
11 May 2024 11:23 SiyasətDaxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə bağlı müraciət edib.
Olaylar xəbər verir ki, müraciətdə deyilir:
"Unutmayın, sizi evdə gözləyən əzizləriniz var!
Özünüzü minaya qurban verməyin!
Vətəndaşlar arasında mina təhlükəsizliyinə dair maarifləndirmə işinin daha da artırılması məqsədi ilə hazırlanan videoçarxın geniş tamaşaçı auditoriyasına çatdırılmasına tövhə verməyi hər kəsdən xahiş edirik.
DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31