Azərbaycan və Ermənistan XİN başçıları bu gün Almatıda danışıqları davam etdirəcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.

Olaylar xəbər verir ki, nazirlər "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə müzakirələri davam etdirəcəklər.

Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31