Əli Əsədov Mişustini təbrik edib
11 May 2024 11:20 SiyasətAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Olaylar xəbər verir ki, bu barədə Nazirlər Kabineti məkumat yayıb.
Ə.Əsədov təbrikində M.Mişustinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan çoxşaxəli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.
M.Mişustinin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan sonra da Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31