Deputatlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər
10 May 2024 15:17 SiyasətMilli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqarİskəndərov mayın 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərinə səfər edəcəklər. "Olaylar" xəbər verir ki, səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə-Azərbaycan və Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər.
Səfər mayın 16-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31