Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb - Yenilənib
10 May 2024 14:40 SiyasətAlmatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.
Olaylar bildirir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.
Qeyd edək ki, görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.
****
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.
Olaylar xəbər verir ki, görüş "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundu çərçivəsində keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31