Azərbaycan və Qazaxstan XİN başçıları arasında görüş olub
10 May 2024 13:14 SiyasətAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstan Respublikası Baş nazirinin müavini - Xarici İşlər Naziri Murat Nurtleu ilə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.
Qeyd edilib ki, tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini, iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar kimi müxtəlif sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər.
Xarici işlər naziri Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı normallaşma prosesi ilə bağlı Azərbaycanın təşəbbüsləri və mövqeyi barədə məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31