Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi
9 May 2024 11:17 SiyasətMəndə olan məlumatlara görə, Ermənistan ordusunun Tavuş istiqamətində dayandığı əlverişli mövqelər Azərbaycan ordusunun nəzarətinə keçib. Bu mövqelər bizə yüksək taktiki-strateji üstünlüklər verirdi. Həmin mövqelər Ermənistan tərəfindən minalardan təmizlənərək, təhvil verilib.
Olaylar xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan deyib.
Onun sözlərinə görə, Azərbaycan bir güllə belə atmadan bu mövqeləri nəzarətə götürdü:
"Hazırda həmin istiqamətdə Azərbaycan ordusu bütöv bir dağ silsiləsinin başında mövqelənib. Fikrimcə, baş verənlər kapitulyasiyadır. Əslində Azərbayca tezliklə anklavlara yaxınlaşacaq. İndi proses sərhəd bölgəsində gedir, lakin 4 kəndin qaytarılması hər şeyin bitməsi yox, başlanmasıdır". (Publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31