Türkiyə Avropa məkanında güc mərkəzi kimi tanınır- ÖZƏL
8 May 2024 14:38 Siyasət"Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır, eyni zamanda, bu əlaqələrin dərin tarixi kökləri var". "Olaylar" xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva deyib. O, həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
"Ötən 101 il ərzində Türkiyə Cümhuriyyəti böyük inkişaf yolu keçərək iqtisadi-siyasi inkişafa nail olub. Tarixin sınaqlarından üzüağ çıxan Türkiyə gündən-günə inkişaf edərək bölgədə, Avropa məkanında güc mərkəzi kimi tanınır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31