Prezident İlham Əliyev: Fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin
8 May 2024 13:27 SiyasətFəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.
Olaylar xəbər verir ki, bu barədə mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız deyib.
"Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələri geniş müzakirə edilmişdir və gələcək addımlar haqqında fikir mübadiləsi aparılmışdır. Sonvaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır", - Prezident İlham Əliyev qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31