Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur- ÖZƏL
8 May 2024 13:05 Siyasət"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır. Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib: "Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur, Qarabağımızda sürətli bərpa quruculuq işləri həyata keçirilir, ölkəmiz böyük beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Digər tərəfdən də diplomatik, siyasi qələbələrimizi sıralamaqdayıq. Və biz bütün bu uğurlara postmüharibə, post pandemiya dönəmində nail olmuşuq.
Heç şübhəsiz bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik, uğurlu siyasətinin nəticəsidir. Dövlətimizin başçısı ölkəmizin inkşafı üçün gecə-gündüz, bir saniyə belə dayanmadan çalışır. Təkcə ötən 1 həftə ərzində cənab Prezident İlham Əliyev 10-dan çox xarici ölkə nümayəndəsi ilə görüş keçirmişdir. Həqiqətən də çox xoşbəxt xalqıq ki, İlham Əliyev kimi dövlət Başçımız var.
Əlbətdə hər bir vətəndaş olaraq bizlərin də üzərinə böyük məsuliyyət düşür. Əziz dostlar hər birimiz maksimum dərəcədə məsuliyyətli olmalı, birliyimizi qorumalı, əldə etdiyimiz uğurların, qələbələrin dəyərini və Dövlətimizin Başçısı cənab İlham Əliyevin qədrini bilməliyik".