Türk Dövlətləri parlamentlərinin Qadın Problemləri üzrə İxtisas Komissiyalarının iclası KKTC-də keçiriləcək
7 May 2024 18:10 SiyasətBu gün Ankarada Türkiyə Böyük Millət Məclisinin Qadınlar və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan, KKTC Cümhuriyyət Məclisinin Gender Ayrı-seçkiliyinə Nəzarət Komitəsinin sədr müavini Eroğlu Canaltay və Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri Komissiyasının sədri Hicran Hüseynova bir araya gəlib.
TBMM-dən verilən məlumata görə, AK Partiya Sakarya Millət vəkili, TBMM Qadınlar və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Ərdoğan toplantıdakı çıxışında iki ölkənin komissiya rəhbərlərini TBMM-də qəbul etməkdən məmnun olduqlarını bildirib. Ərdoğan iki il öncə eyni Antalyada keçirilən görüşü çox məhsuldar qiymətləndirib və və növbəti görüşü KKTC-də keçirməkdən məmnunluğunu ifadə edib. Üç qardaş ölkənin birliyini vurğulayan
Çiğdəm Ərdoğan, ölkə parlamentlərinin bu kontekstdə əlaqələr qurmasının da ciddi əhəmiyyət kəsb etdiyini bildirib.