Kifayət qədər böyük rəqəm seçiblər-777...-Zeynal Əmrəliyev- ÖZƏL
7 May 2024 16:38 Siyasət"Təbii ki, Ermənistanın bu iddiaları cəsədləri hələ də tapılmaqda olan, itkin düşmüş şəxslərin vəziyyəti ilə bağlıdır. Ermənilər də simvolik rəqəm olaraq 777 seçiblər və iddia edirlər ki, guya bu şəxslərin taleyi ilə bağlı məlumat yoxdur. Bunu da fakt kimi Azərbaycanın qarşısına çıxarmaq istəyirlər".
Bu fikirləri siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu əslində, Ermənistanın imicini qurtarmaq üçün ortaya atdığı bir oyundur. Təbii ki, reallığı əks etdirmir. Çünki həmin dövrdə ermənilər torpaqları işğal edərək azərbaycanlılara qarşı qırğınlar, soyqırım həyata keçiriblər. Həmin o insanlar da ermənilər tərəfindən kütləvi şəkildə torpağa basdırılmış insanlardır ki, axtarış zamanı hazırda onların cəsədlərinin qalıqları tapılır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda necə ola bilər ki, azərbaycanlılar erməniləri öldürsün? Kifayət qədər böyük rəqəm seçiblər-777. Rəqəmin də saxta olduğu simvolikliyindən görünür. Tamamilə əsassız, saxta bir iddiadır. Belə bir iddianın gündəmə gətirilməsi Ermənistanın öz imicini qorumaq xatirinə ortaya atdığı bir şeydir. Heç bir əsası təbii ki, yoxdur. Əgər 777 nəfər itkin varsa, hardadır onlar? 30 il müddətində həmin insanların cəsədlərinin qalıqları niyə tapılmadı? Azərbaycanlılar itkin düşmüşdü və işğaldan azad olunmuş ərazilərdə cəsədlərinin qalıqları tapılır. Bəs bu 777 nəfər hardadır? Bu iddialarla fərqinə varmadan Ermənistan özü-özünü biabır edir".