Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir - Robert Fitso
7 May 2024 14:41 SiyasətSiz (Azərbaycan - red.) suveren ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz.
Olaylar xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Belə ölkələri hər zaman yüksək qiymətləndirdiyini deyən Baş nazir bildirib: "Siz ədalətsizliyə sinə gərirsiniz. Mən eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31