Azərbaycan DİM-in icarsı prosesini sürətləndirməyə nail olub - BMT nümayəndəsi

Son proseslər onu göstərir ki, hökumətlər Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına özü rəhbərlik etməlidir.

Olaylar xəbər verir ki, bunu mayın 7-si "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən BMT-nin Dayanıqlı İnkişaf üzrə müşaviri Rikardo Mesiano deyib.

Onun sözlərinə görə, Azərbaycan DİM-in icarsı prosesini sürətləndirməyə nail olub.

"İlqim dəyişikliyi, sosiaı rifah və s. məsələlərlə bağlı məlumatları toplamaq, onu təhlil edib görüləcək işlərin müəyyən edilməsi vacib amildir. DİM-in icrasına bütün cəmiyyət səfərbər olunmalıdır. Belə olduğu halda bu prinsiplər əsasında uğur əldə etmək mümkündür", - o deyib.

Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31