Bəzi nazirliklərdə “Qaynar xətt” yox, “İlıq xət”dir, “Soyuq xət”dir”-Deputat

"Dəfn üzrə müavinətin artırılmasına ehtiyac var". Olaylar xəbər verir ki, bu təkliflə çıxış edən Millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında bildirib ki, dəfn müavinətin alınmasında da problemlər var: "İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir".

Deputat digər problemin pullu "Qaynar xət"lərlə bağlı olduğunu deyib. Pullu əsaslarla "Qaynar xətt" anlayışı ortadan qalxmalıdır. Bəzi qurumlarda, nazirliklərdə bu "İlıq xət"dir, "Soyuq xət"dir. Bu problem həllini tapmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31