“İqtisadi uğurlarımızın banisi ümummilli liderimizdir”-Deputat
7 May 2024 12:02 Siyasət"Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Bildirib ki, o vaxt Azərbaycanın ÜDM-i cəmi 375 milyon manat, büdcə gəlirləri isə cəmi 100 milyon manat idi: "Çox qısa zamanda iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Azərbaycan iqtisadiyyatı bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü. Ümumiyyətlə, bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir".