Paşinyanı Bakıya dəvət etmək olar - Zahid Oruc
7 May 2024 11:59 Siyasət"Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır". Olaylar xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında deyib.
Deputat qeyd edib ki, sanksiyalara cavab kimi həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işağlına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir: "Yəni, Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır".