Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin bir neçə gün öncəki açıqlamasına rəğmən Şuşaya səfər etməsi və Şuşada olmaqdan məmnunluğunu ifadə edib, Cıdır düzündən video-müraciət yayması ABŞ-dakı erməni lobbisini də "narahat" edib.

Olaylar bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin mətbuat konfransında erməni jurnalist bu yöndən sual verib. O soruşub ki, səfirin səfərinin əhəmiyyəti nədir və nazirlərin (Bayramov-Mirzoyanın 10 mayda keçiriləcək Almatı görüşü - red.) görüşündən gözləntilər nədən ibarətdir?

Miller cavabında deyib: "Mənim bununla bağlı heç bir şərhim yoxdur". (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31