İdman vasitəsilə zorakılığın qarşısını almağa çalışırıq - Malavi Qlobal idman proqramının təmsilçisi
1 May 2024 12:36 SiyasətBiz idman vasitəsilə zorakılığın qarşısını almağa çalışırıq.
Olaylar-ın məlumatına görə, bunu Malavi Qlobal idman proqramının təmsilçisi Grasiyan Mkandavire Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələri zaman deyib.
O qeyd edib ki, idmanla məşğul olmaq insanı həyatda müsbət yönümdə dəyişməsinə kömək edir.
"Biz bu istiqamətdə fəaliyyətimizi genişləndirməliyik. Bir çox hallarda gənclərin sosial vəziyyəinin aşaı olmasından istifad edib onları pis vərdişlərə cəlb edirik. Biz çalışırıq ki, gəncləri həyata keçirdiyimiz layihələrə cəlb etməklə onları mənfi təsirlərdən qoruyaq. Biz bir neçə proqramlar həyata keçirmişik.
Hesab edirəm ki, bu gün burada apardığımız müzakirələr gələcək fəaliyyətimizdə bizim üçün faydalı olacaq", - deyə o əlavə edib.