İşğaldan azad edilmiş torpaqlarımızın beynəlxalq əhəmiyyəti artır- ÖZƏL

"Azad edilmiş torpaqlarımızın beynəlxalq arena üçün əhəmiyyəti gündəmdədir". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Ölkəmizin başçısının Almaniyada "Petersberq İqlim Dialoqu" çərçivəsində təşkil edilən tədbirlərdə çıxışı, bu istiqamətdə verilən mesajları xüsusi ilə diqqəti çəkir. Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın önəmindən bəhs edilib. Bu istiqamətdə mütəmadi əsasda məsləhətləşmələrin aparıldığı müsbət hal kimi qiymətləndirilib. Almaniyadan Azərbaycanın COP29-a sədrliyi olan bağlı mövqeyinin müsbət xarakterizə olunduğu bildirilib. Cənab Prezident COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və "Petersberq İqlim Dialoqu" formatındakı müzakirələrə dəvətə görə təşəkkürlərini çatdırıb. Bu istiqamətdə atılan addımların ümumi maraqlara xidmət etdiyi vurğulanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31