Azərbaycan bütün türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır- ÖZƏL
1 May 2024 10:13 Siyasət"Bu gün Azərbaycan bütün türkdilli dövlətlər arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atır. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Qırğız Respublikası ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksək səviyyədə inkişaf edir". "Olaylar"ın məlumatına görə, YAP Gədəbəy rayon təşkilatınn məsul əməkdaşı Anar Məmmədov qeyd edib ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir: "Qırğızıstan prezidentinin Azərbaycana son səfərində iki ölkə arasında imzalanan 10 sənəd elm, təhsil, energetika, miqrasiya və digər sahələrini əhatə edən sözləşmə bunu deməyə əsas verir. Sadır Japarovun Prezident İlham Əliyevlə arasında dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərməkdədir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaqdır.Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. 2024-cü il aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür. Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi:" Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Azərbaycan və Qırğızıstan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək. Hər şeydən aydın görünür ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər yeni impuls verəcək və münasibətlər daha da dərinləşəcək. Bu eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. Qırğızıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüş və müzakirələrin nəticələri də ölkələrimiz arasında ikitərəfli qarşılıqlı fəaliyyətin geniş imkanları olduğunu bir daha nümayiş etdirdi. O cümlədən hər iki ölkənin Prezidentlərinin mətbuata verdikləri bəyanatda Azərbaycan və Qırğızıstanın dost və qardaş ölkələr olduğu xüsusi vurğulandı. Prezident İlham Əliyev bildirdi ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Ölkə rəhbəri qeyd etdi ki, hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir".