Ermənistan mətbuatında onu dəstəkləyənlər var-Əli Mustafa- ÖZƏL
30 Aprel 2024 19:55 Siyasət"Demək olar ki, hamı Rasim Musabəyovu qınayır və doğru edirlər "
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Parlamentdə oturanlardan bəziləri bəzən nə Azərbaycanı tanıyırlar, nə Azərbaycanın xəritəsini bilirlər. Nə də Azərbaycan xalqının ağrı, acılarını bilirlər. Hətta Azərbaycan dilini belə bilmirlər. Normalda dövlət dili bilməyən adamların məmur olması, seçkili vəzifədə olması yolverilməzdir. Anlaşılan odur ki, bu cürə ciddi nöqsanları, qüsurları olan şəxslər bura qədər gəlib çıxa bilir. Biz bilməyik ki, Azərbaycan parlamentində belə təsadüfi, milli dəyərlərə, milli maraqlara bağlı olmayan insanların olması yolverilməzdir. Bir də belə səhvlər etmək olmaz. Kənar qüvvələrə, "5-ci kolon"a bağlı insanların da parlamentdə təmsilçiliyi yolverilməzdir. Rasim Musabəyov öz kimliyi barədə ciddi təəssürat yaratdır. Azərbaycan xalqı onun da dərsini verdi. Təəssüf doğuran başqa bir məsələ də var ki, Ermənistan mətbuatında, sosial şəbəkələrdə dünəndən ona istinad olunur, dəstəkçiləri ortaya çıxır. Erməniləri sevindirə bildi, bu, təəssüf doğuran haldı. Başkənd Azərbaycan torpağıdır! O, heç bir halda heç kimə verilə bilməz və verilməməlidir. O, Azərbaycanın, Gədəbəyin bir hissəsidir. Şəhid qanı ilə suvarılmış bir torpaqdır!"