O ərazi qanunsuz olaraq ələ keçirilmişdi- ÖZƏL

"Başkəndin nə vaxt Azərbaycandan alınıb Ermənistana verilməsi çox önəmli məsələdir. Bu hay-küyün, ictimai müzakirələrin faydalı tərəfi odur ki, biz, onu ciddi araşdıraq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:

"Başkənd Azərbaycan torpağıdır. Sadəcə olaraq hansısa şəraitdə qanunsuz olaraq ermənilərə verilib. Amma məsələ ordadır ki, bu bölgə çox ciddi şəkildə döyüşlərin mərkəzi olub. 1990-cı illərdə ermənilər Başkəndi hərbi bazaya çevirmişdilər. Ora terror yuvasına çevirilmişdi. Bilirik ki, Şınıxın 20-dən çox kəndi Başkəndin ucbatından Azərbaycandan təcrid olunmuşdu. Azərbaycan əsgərlərinin vətənpərvərliyi, rəşadəti sayəsində bu terror yuvası vaxtında dağıdıldı və Gədəbəydə çox böyük fəlakətlərin qarşısı alındı. Burda qan tökülüb, can qoyulub. O ərazi qanunsuz olaraq ələ keçirilmişdi. Amma Azərbaycan əsgəri vuruşaraq öz tarixi torpaqlarını qaytarıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31