Fransa səfiri Azərbaycana qayıtdı

Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb

Olaylar xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.

Qeyd edilib ki, səfir artıq diplomatik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, 16 aprel tarixində Fransa Azərbaycandakı səfirini geri çağırıb. Paris bunun "Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi" ilə bağlı olduğunu iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31