Deputat "Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu"na qatılıb
30 Aprel 2024 11:56 SiyasətPaytaxt Bakıda "Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu" keçirilib. Forumda millət vəkili Jalə Əhmədova iştirak edir. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "İqlim dəyişikliyi ilə mübarizədə dövlətimizin apardığı siyasətə dəstək olmaq və Azərbaycanda keçiriləcək "COP 29" öncəsi gənclərin şəbəkələşməsinə töhfə vermək məqsədi ilə keçirilən "Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu"nda iştirak etdim.
Tədbir Bakı şəhər Gənclər və İdman İdarəsi, "Gənclərin Töhfəsi" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı, Gəncliyə Yardım Fondu, Qida Təhülkəsizliyi Hərəkatı, 1 saylı Bakı Tibb Kolleci və Peşə Təhsilinin İnkişafına və Məşğulluğa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.
Deputat həmkarlarım Ceyhun Məmmədov və Arzu Nağıyev, Gənclər və İdman Nazirliyinin İctimai İnkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının idarə heyətinin üzvü Nərminə Hüseynzadə, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Dünya Alapaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov və digərlərin qatıldığı forum panel müzakirələrlə davam edib".
