Almaniya Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı öz mövqeyini ortaya qoyur- ÖZƏL

"Noyabr ayında ölkəmizdə təşkil olunan COP29-un keçirilməsində Almaniyanın da dəstəyi danılmazdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Fransadan fərqli olaraq Almaniyanın Cənubi Qafqazda sülhün bərqərar olunmasındakı dəstəyinin açıq şəkildə şahidi oluruq: "Bu prosesdə atılan hər bir addım bizim üçün çox dəyərlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Almaniya Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı öz mövqeyini ortaya qoyur. Almaniya həm NATO, həm də Avropa Birliyinin üzvü kimi son zamanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayır. Güman edirəm ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, Qarabağ probleminin ədalətli, beynəlxaq hüquq çərçivəsində həllinə töhfələrini verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31