Qazaxıstan Fransadan, ABŞ-dən fərqli olaraq regiondakı problemin çözülməsinin tərəfdarıdır-Kazım Kazımov- ÖZƏL
29 Aprel 2024 20:34 Siyasət"ABŞ artıq bir şeyi başa düşməlidir ki, Cənubi Qafqazda regionda çox böyük bir güc var. Bunun da adı Azərbaycandır".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün kifayət qədər balanslı və müstəqil siyasət həyata keçirir və Azərbaycan Ermənistanla olan problemləri də məcburi vasitəçilər olmadan da rahat şəkildə həll edə bilir. Yaxında Qazaxıstanın təklifi ilə Almatıda bir görüş keçiriləcəkdir. Qazaxıstan bölgə ölkəsidir. Azərbaycanla çox dərin əlaqələri var. Fransadan, ABŞ-dən fərqli olaraq bu problemdən nəsə ummur, tam əksinə, regiondakı problemin çözülməsinin tərəfdarıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31