Bu kifayət qədər məhsuldar, konstruktiv və səmərəli bir səfər oldu-Oqtay Qasımov- ÖZƏL

"Azərbaycan Prezidentinin Almaniya səfəri olduqca uğurlu bir səfər kimi qiymətləndirilməlidir. Belə ki, bu səfər zamanı həm Petersberq İqlim Dialoqu kimi bir tədbirdə iştirak edərək Azərbaycanı mövqeyinə çatdırmaq baxımından çox əlverişli bir platforma kimi qiymətləndirilməlidir". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, Almaniyanın prezidenti Kansler və Xarici İşlər Nazirliyində keçirilən görüşlər də ikitərəfli münasibətlərin inkişafı əhəmiyyətli hadisə sayıla bilər. Belə ki, son 14 ayda Azərbaycan Prezidentinin Almaniyaya üçüncü səfəri hesab olunur. Bu o deməkdir ki, tərəflər arasında müntəzəm dialoq mövcuddur və əməkdaşlıqda hər iki tərəf maraqlıdır. Digər tərəfdən nəzərə alsaq ki, Almaniya Güney Qafqazdakı proseslərdə fəal iştirak etmək istəyir, Azərbaycan rəhbəri ilə Ermənistan rəhbərinin, o cümlədən, xarici işlər nazirlərinin görüşlərinin təşəbbüskarları olub. Fransadan fərqli siyasət yeritməyə çalışan Almaniya bu istiqamətdə müəyyən nəticələr də əldə edib deyə bilərik. Məhz Kanslerlə keçirilən birgə mətbuat konfransında da bu istiqamətdə fikirlər səsləndirildi. Azərbaycanla Ermənistan arasında aparılan proses, delimitasiya-demarkasiya məsələləri, sülh danışıqları ilə bağlı Almaniya öz dəstəyini nir daha ifadə etdi. O cümlədən, Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı səyləri və göstərdiyi fəaliyyət, apardığı siyasət də Almaniya və dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Məhz bunun nəticəsi idi ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi yekdilliklə razılaşdırılıb. Bu səfər kifayət qədər məhsuldar, konstruktiv və səmərəli bir səfər oldu. Həm Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə bir daha səsləndirilməsi, o cümlədən, Azərbaycan-Qərb əlaqələrinin inkişafı baxımından mühüm bir səfər kimi dəyərləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31