Ermənistan yeni təhlükəsizlik strategiyasına niyə ehtiyac duyur?-Vüqar Əhmədov- ÖZƏL

"Belə bir fikrin Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan tərəfindən səsləndirilməsi ondan xəbər verir ki, Ermənistanda ciddi şəkildə Qərbi Azərbaycanlıların qayıtmasından narahatdırlar, çünki vaxtı ilə Qərbi Azərbaycanda yaşayan həmvətənlərimizi ermənilər min bir əziyyət verərək dədə-baba torpaqlarımızdan deportasiya ediblər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Onlar elə fikirləşirlər ki, Azərbaycanlılar öz torpaqlarına qayıtdıqdan sonra bunun qisasını ermənilərdən alacaq. Hansısa beynəlxalq təhlükəsizlik təminatı gülünc bir iddiadır, hansı beynəlxalq qüvvə gəlib onların təhlükəsizliyinə təminat verəcək, Fransa jandarmasının təqaüdçüləri? Belə bir mexanizm və təminat beynəlxalq sistemdə mövcud deyil, belə gülünc təklifləri onlar Qarabağ erməniləri üçün də təklif edirdilər. Ermənilər bacarırsa öz təhlükəsizliklərini özləri təmin etsinlər. 
Ermənistan rəsmi səviyyədə və erməni cəmiyyəti Qərbi Azərbaycandan, öz dədə-baba torpaqlarından deportasiya edilmiş, zorla qovulmuş həmvətənlərimizdən üzr istəməli və onların öz torpaqlarına, evlərinə qayıtmağına şərait yaratmalı və Ermənistan hökuməti deportasiya zamanı vurduğu ziyana görə Azərbaycanlılara kompensasiya ödəməlidir. Düşünürəm ki, bundan sonra bölgədə etimad mühiti daha çox yumşalmış olar və ermənilər də Qərbi Azərbaycanda təhlükəsizlik şəraitdə yaşaya bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31