Qarabağdakı quruculuq işlərində Almaniya fəal iştirak edə bilər-Tural İsmayılov- ÖZƏL

"Almaniya Azərbaycanla önəmli siyasi əlaqələri genişləndirir. Bu gün Avropada Almaniyanın kifayət qədər mövqeləri güclənib. Azərbaycan Qərbin enerji təhlükəsizliyində əsas faktorlardan birini təşkil edir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Son bir neçə il ərzində cənab Prezidentin dəfələrlə Almaniyaya səfər etməsi, Almaniya rəhbərliyinin tez-tez Azərbaycana gəlməsi, həmçinin Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə dialoq imkanlarının genişlənməsinə şahidlik edirik. Bundan əvvəl də Almaniyanın önəmli investorları və iş adamları Azərbaycan Prezidenti ilə görüşmək üçün Bakıya gəlmişdi. Azərbaycanın işğaldan azad edilmiş bölgələrində alman kapitalının, investisiyasının özünü göstərməyi ilə bağlı razılıq əldə edilmişdi. Mən hesab edirəm ki, Qarabağdakı quruculuq işlərində Almaniya fəal iştirak edə bilər. Eyni zamanda, Azərbaycan COP29-a evsahibliyi edir. Qlobal mənada iqlim təhlükəsizliyi məsələsini öz beynəlxalq münasibətlər siyasətində prioritet məsələ halına gətiribdir. Bu baxımdan da Azərbaycan Prezidentinin Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirakı həm də önəmli bir tarixi hadisədir. Bu gün Azərbaycan qlobal mənada bütün dünyanı narahat edən önəmli məsələlərdə ön sıralarda yer alan ölkə kimi ən vacib tədbirlərə dəvət edilir. Burada Azərbaycanın mövqeyi, siyasəti öyrənilir və onun baxışları tətqiq edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31