Əlaqələrin inkişafı baxımından görüşün əhəmiyyəti böyükdür-Zeynal Əmrəliyev- ÖZƏL
29 Aprel 2024 16:03 Siyasət"Almaniya Azərbaycanın Avropadakı mühim tərəfdaşlarından biridir. Digər dövlətə baxdıqda, Almaniya bitərəf mövqelidir. Azərbaycana hər zaman müsbət münasibət göstərən ölkədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Dövlət başçısının Almaniyaya səfəri zamanı keçirdiyi görüşlər çox mühim əhəmiyyət kəsb edir. Bu görüşlər zamanı Almaniya və Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi barəsində geniş fikir mübadilisə aparıldı. Əlaqələrin inkişafı baxımından görüşün əhəmiyyəti böyükdür. Azərbaycan son zamanlar Qərb və Şərq arasında çox mühim strateji əhəmiyyətli diplomatik manevrlər edir. Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş böyük siyasətin davamıdır. Eyni zamanda bunu dövlət başçısı Cənab İlham Əliyev də uğurlu şəkildə icra edir".