Almaniyada hər bir dövlət başçısının şərəfinə bu cür yüksək hörmət və ehtiram göstərilmir- ÖZƏL
29 Aprel 2024 15:27 Siyasət"Berlində Prezident İlham Əliyevi çox yüksək səviyyədə qarşılandı. Almaniyada hər bir dövlət başçısının şərəfinə bu cür yüksək hörmət və ehtiram göstərilmir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib: "Dövlət başçımızın səfər çərçivəsində Pitersberq İqlim Dialoqunda iştirakı ölkəmizdə keçiriləcək COP 29-a hazırlıq prosesi kimi qeyd edə bilərəm. Dövlət başçımız Pitersberq İqlim Dialoqunda etdiyi çıxışında Azərbaycanın bərpa olunan enerji potensialı, iqlim dəyişikliklərə qarşı verədiyimiz töhfələr və ölkəmizin bu tədbirə uğurla ev sahibliyi edəcəyi ilə bağlı məsələləri geniş qeyd etdi. O cümlədən Almaniyanın Federal Kansleri Olaf Şoltsla mətbuat konfransı keçirərək bir sıra məsələlərə aydınlıq gətirdi və jurnalistlərin suallarına cavablar verildi. Mən hesab edirəm ki, mətbuat konfransına dəvət olunmuş jurnalistlər xüsusi tapşırıq əsasında təxribat yönümlü suallar hazırlamışdılar. Amma Prezident İlham Əliyev bütün sualları çox diplomatik və əsaslandırmış şəkildə cavablandırdı. Suallardan biri mətbuat azadılığı və demokratiya ilə bağlı idi. Dövlət başçımız ölkəmizdəki senzurasız internet və media azadlığı haqqında cavab verərək bütün fəaliyyətlər qanunlar çərçivəsində olmalı olduğunu açıq şəkildə bildirdi".