Azərbaycan hər zaman dünyaya dostluq, həmrəylik mesajını ünvanlayır- ÖZƏL
29 Aprel 2024 13:20 Siyasət"Azərbaycanın hər bir addımı beynəlxalq münasibətlər sistemində rolunun artmasını, sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əliabbas Salahzadənin sözlərinə görə, Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, dostluq mesajlarını ünvanlayır: "Dövlət başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bu çağırışı etdi: "Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı".