İrəvan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Qazaxıstanda görüşünə hazır olduğunu təsdiqlədi

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Qazaxıstanda görüş keçirəcək.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

"Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstan tərəfinin təklifinə əsasən görüşü barədə razılıq var. Görüşün Almatıda keçiriləcəyi qeyd olunub", - deyə o bildirib.

Xatırladaq ki, bu yaxında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvana səfərində Astananın Azərbaycan-Ermənistan danışıqları üçün platforma təmin etməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31