Azərbaycanda demokratik inkişafa xüsusi diqqət yetirilir- ÖZƏL

"Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuata birgə bəyanatlarında ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan demokratik inkişafa da xüsusi diqqət yönəltdilər". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliabbas Salahzadə deyib: "Mətbuat konfransında jurnalistin ölkəmizdə mətbuat azadlığı və insan hüquqlarının qorunması  ilə bağlı sualını cavablandıran cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə,  Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31