Türk dünyası birliyinin nümunəsi- ÖZƏL
29 Aprel 2024 11:11 Siyasət"Azərbaycan və Qırğızıstan Respublikaları arasında yaradılmış Dövlətlərarası Şuranın ikinci iclasında qarşıya qoyulan məsələlərin həll edilməsi və görüləcək işlərin müzakirəsi zamanı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiya qoyuluşu məsələləri də yeni mərhələyə qədəm qoymuşdur: "Azərbaycan Qırğızıstanın İssık-Kul gölünün sahilində 5 ulduzlu otelin tikintisinə başlayıb, eləcə də Qırğızıstanda bərpa olunan enerji üzrə layihələrdə də iştirak edəcək. Hər iki dövlət irimiqyaslı nəqliyyat və dəmir yolu infrastruktur layihələri reallaşdırıb ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfələr verəcək. Humanitar və mədəniyyət sahələrində də iki qardaş dövlət arasında əlaqələr möhkəmləndirilir. Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin Bakıda açılış mərasimi baş tutdu və hər iki ölkənin Prezidentləri açılış mərasimində iştirak etdilər. Azərbaycan və Qırğızıstanın dostluq və qardaşlıq münasibətləri Türk dünyası birliyinin nümunəsidir".