Rəsmi Tehran nazirini Bakıya göndərir
29 Aprel 2024 10:27 SiyasətGələn günlər ərzində İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana səfər edəcək.
Olaylar-ın məlumatına görə, bu haqda nazirin özü İran mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbayana səfər çərçivəsində mədəniyyət sahəsində təşkil olunacaq beynəlxalq iclasa qatılacaq.
İranlı nazir bildirib ki, səfərdə Azərbaycanın bir sıra rəsmiləri ilə görüşlər keçirəcək və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərəcək.
İsmaili görüş çərçivəsində digər ölkələrin rəsiləri ilə də görüşlər təşkil olunacağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31