Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq - Nazir

Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq. Bu dəhliz çərçivəsində həyata keçiriləcək Qars-Naxçıvan Dəmir Yolu Layihəsi bütün Avropanı Naxçıvan vasitəsilə İran, Azərbaycan, Türkmənistan və Pakistana birləşdirəcək", - deyə nazir qeyd edib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dəmir yollarında yeni dövrə başladıqlarını və dəmir yolu şəbəkəsini 14 min kilometrə çatdırdıqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31