İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər iqtisadi imkanlarımızın təqdimatıdır- ÖZƏL
21 İyul 2023 14:50 Siyasət"İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən bütün işlər ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Belə ki, diqqət yetirsək yol infrastrukturunun çox qısa zamanda yeniləndiyini, bərpa edildiyini görərik. Yeni avtomobil, dəmir yolunun çəkilişi, hava limanlarının tikintisi diqqətdən kənarda qala bilməz". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Əliabbas Salahzadənin sözlərinə görə, Prezident İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yol-nəqliyyat infrastruktunun bərpasına yönələn addımlarla yadda qalır: "Füzuli rayonundan Qarabağın tacı Şuşaya çəkilən Zəfər yolu çox qısa zamanda istifadəyə verildi. Bu yol, eyni zamanda, böyük rəmzi məna daşıyır. Dünyaya səs salan və dastana çevrilən Şuşa əməliyyatına aparan bu yol şanlı Zəfərimizin təqdimatıdır. 2020-ci ildə cənab İlham Əliyev, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Dövlət başçısının səfəri çərçivəsində tikinti işləri ilə tanışlıq zamanı məlumat verildi ki, yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir."