Mərkəzi Bank sığorta şirkətlərinə SMS-lərlə bağlı iradını bildirib

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirib. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib: "Sığorta şirkətlərinin belə bir hüququ yoxdur ki, əhaliyə SMS göndərsin və bildirsin ki, icbari sığortanız olmasa cərimələnəcəksiniz. Bu səlahiyyət müvafiq dövlət orqanlarına aiddir. Biz mütəmadi olaraq istehlakçılardan həmin narazılığı eşitmişik. Sığorta şirkətlərinə öz iradlarımızı bildirmişik ki, bu SMS və yaxud zənglər onların səlahiyyətində deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31