Azərbaycan saysız-hesabsız uğurlara imza atır

Azərbaycana olan maraq getdikcə artır. Günümüzdə təkcə yaxın qonşularımız deyil, eləcə də Avropa ölkələri, Amerika qitəsinin bir sıra ölkələri belə Cənubi Qafqazda Azərbaycana strateji tərəfdaş kimi baxırlar. Elə Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının magistrantı Əlirza Abdullayev də belə düşünür. O, deyib ki, Azərbaycan son illərdə həm enerji sahəsində, həm də digər mühüm sahələrdə saysız-hesabsız uğurlara imza atır: "Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edir. Məhz bu uğurlu siyasətə görə Azərbaycan sadəcə Qafqazda deyil, Avropada, Asiyada və digər qitələrdə ən etibarlı strateji tərəfdaş ölkə hesab olunur. Cari ilin mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışı olmuşdur. Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Cənab Prezident çıxışında qeyd edərək bildirmişdir ki "1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə "Əsrin müqaviləsi" imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra "Əsrin müqaviləsi" imzalandı. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı".

Hakim partiya təmsilçisi deyib ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi:

"Budəfəki Bakı Enerji Həftəsi, eyni zamanda önəmli bir hadisə ilə - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Qeyd edək ki, bu il 320 fərqli şirkət 35 ölkəni təmsil edir və bu da toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir.

Bu gün Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir".

Əlirza Abdullayev deyib ki, Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir:

"Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri isə strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin olunması, sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması, yanacağın və enerji növlərinin diversifikasiyası (şaxələndirilməsi), ekoloji tələblərin nəzərə alınması, enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması, daxili və xarici bazarlarda enerji ehtiyatlarının lazımi gəlir gətirməsi və səmərəli ixrac üçün azad iqtisadi şəraitin yaradılması və s.-dir"

Hakim partiya təmsilçisi deyib ki, Azərbaycan bu gün dünyada həm böyük enerji təchizatçısı, etibarlı tərəfdaş ölkə, həm də beynəlxalq aləmdə nüfuz sahibi olan qüdrətli dövlət kimi tanınır! Ona görə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət Azərbaycan xalqının və ölkəmizin maraqları naminə hesablanmışdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31