Büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır - Deputat
31 May 2023 12:11 SiyasətMilli Məclisin bir necə komitəsi birləşdirilərək yeni büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Olaylar xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. Bildirib ki, büdcənin icrasında şəffalığın artırılması üçün qanunvericiliyə təklif məqsədilə ciddi təkliflər hazırlanmalıdır: "Bu Milli Məclisin nəzarət funksiyasını yerinə yetirmək üçün müvafiq zəmin yaradar. Əslində Milli Məclis Hesablama Palatasının rəyinə və deputatların büdcə ilə bağlı çıxışları ilə bağlı qərar qəbul etməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31