Bişkekdə Heydər Əliyev haqqında film göstəriləcək - FOTO
4 Aprel 2023 20:18 SiyasətBildiyiniz kimi 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022 ci il sentyabrın 29-da imzaladığı Sərəncama əsasən 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib.
Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə Dəstək fondu bu münasibətlə bir sıra tədbirlər həyata keçirir.
"Xalqa bağişlanmiş ömürdən anlar", "Müzəffər Ali Baş komandan: sən azadsan, əziz Şuşa", "44 günlük Müqəddəs müharibənin xronologiyası" 3 cildlik kitabları çapa hazırlanır. Bundan başqa Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasinin 100 və Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş "Planetlə Dialoq " adli sənədli film çəkilib. Bişkekdəki "Kırğızfilm Kino mərkəzi" Dövlət təşkilatının komissiyasi tərəfindən film bəyənilib və Qırğızıstan Prezidentinin iqamətgahında filmin premyerasını keçirmək üçün Dövlət vəsiqəsi verilmişdir. 67 dəqiqəlik sənədli filmin müəllifi tanınmış Rusiyalı rejissor Qriqori Naxapetovdur.
Xatirladaq ki, fevral ayinda Türkdilli Dövlətlərin siyasətinə Dəstək Fondu Bişkekdə "Heydər Əliyev - xalqa bağişlanmiş ömürdən anlar " adli beynəlxalq onlayn konfrans təşkil etmişdir. Konfransda 11 Ölkənin tanınmış elm, mədəniyyət, ictimai -siyasi xadımləri iştirak etmişdir.
Fond "Planetlə dialoq" filminin premyerasını Qırğızıstan Prezidentinin iqamətgahında keçirməyi planlaşdırır. Qeyd edək ki filmin premyerasına Azərbaycan və Qırğızıstan Prezidentləri ilə yanaşı başqa qonaqlar dəvət olunacaqlar.
