Xəzərdən əlavə təbii qazın beynəlxalq bazarlara çatdırılması üçün səylərimizi artırmalıyıq - Çavuşoğlu
16 Mart 2023 11:30 SiyasətTANAP ilə Xəzərdən əlavə təbii qazın beynəlxalq bazarlara çatdırılması üçün səylərimizi artırmalıyıq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) XİN rəhbərlərinin iclası zamanı bildirib.
"Bakı-Tbilisi-Ceyhan neft boru xətti və TANAP kimi genişmiqyaslı enerji layihələrini birlikdə həyata keçirdik. TANAP ilə Xəzərdən əlavə təbii qazın beynəlxalq bazarlara çatdırılması üçün səylərimizi artırmalıyıq. Azərbaycanlı və türkmən qardaşlarımızla imzaladığımız Anlaşma Memorandumu bu baxımından çox vacibdir", - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Toplantı TDT-nin "Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım" mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.