Orta dəhlizin qlobal ticarətdəki payı artırılmalıdır - Türkiyə XİN rəhbəri

Orta dəhlizin qlobal ticarətdəki payını artırmalıyıq.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) XİN rəhbərlərinin iclası zamanı bildirib.

"Səmərqənd zirvəsində bu istiqamətdə imzalanan razılaşmaları sürətli şəkildə həyata keçirməliyik. İqtisadiyyatlarımızın sağlam şəkildə bütünləşməsi üçün Türk İnvestisiya Fonduna önəm veririk", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Toplantı TDT-nin "Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım" mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31