Vüqar Rəhimzadə: Əsas hədəf vətəndaşların sosial rifahının daha da yüksəldilməsidir
6 Yanvar 2023 16:58 SiyasətƏməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır
"Azərbaycan dövlətinin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi yeni iqtisadi və sosial inkişaf modelinin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrası, bütün göstərilən xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan brendi kimi dünyaya səs salan "ASAN xidmət", ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır. Bu uğurlar düşünülmüş və məqsədyönlü siyasətin, ən əsası vətəndaş amilinə verilən dəyərin nəticəsidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımların təməlində Ümummilli Liderin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisi ilə yanaşı, "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" çağırışı dayanır. Çünki cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft-qaz sektorunu iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirməklə bərabər, həm də iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Neft gəlirlərinin idarə olunmasında, şəffaflığın təmin edilməsində mühüm rol oynayan Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr də öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir. Dövlət başçısı İlham Əliyev daim müqayisəli təhlil əsasında bu fikri xüsusi qeyd edir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Belə ki, əhali arasında təbəqələşmə prosesi baş verir. Amma Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirməsi və həyata keçirməsi bu kimi problemlərin yaşanmamasını şərtləndirir. İnsan amilinə verilən dəyər ölkədə vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərir."
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizdə bir qayda olaraq iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır: "Buna əmin olmaq üçün koronavirus infeksiyasının dünyanı cənginə aldığı vaxtlardan, 2019-cu ilin sonlarından bu günədək dövlətimizin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev mübarizə tədbirlərinə başlandığı andan bu çağırışı etdi ki, iqtisadi islahatlar dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Həm koronavirus infeksiyası ilə mübarizə, həm də Vətən müharibəsi dövrünə nəzər salsaq görərik ki, insanların sosial müdafiəsinin gücləndirilməsi heç zaman arxa planda olmadı, əksinə dövlət başçısı İlham Əliyevin bu istiqamətdə imzaladığı Fərman və sərəncamlar davamlılığı ilə diqqət çəkdi. Həmin dövrlərdə əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılmasını xüsusi qeyd etməliyik. Bu müsbət dinamikanın göstəricisidir. Həm də təqdirəlayiq haldır ki, həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur."
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu siyasəti ardıcıl surətdə davam etdirən dövlət başçısı İlham Əliyev 2023-cü ilin ilk günlərində imzaladığı Sərəncamla əhalinin sosial müdafiəsinin prioritet olduğunu bir daha təsdiqlədi: "Belə ki, ölkə Prezidentinin 5 yanvar 2023-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı həyata keçirilən sosial siyasətin, aparılan təkmil islahatların davamı kimi dəyərləndirildi. Sərəncama əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 345 manata yüksəlir. Həmçinin minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırılacaq. Dövlət başçısı İlham Əliyevin iqtisadi tərəqqi ilə uzlaşan sosial siyasəti ölkə ictimaiyyəti tərəfindən dəstəklənir. Atılan hər bir addımda vətəndaş amilinin prioritetliyi cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Son illərin statistikasına diqqət yetirsək görərik ki, minimum əməkhaqqı artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 110 manatdan 280 manata çatdırılır. Ümumilikdə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması davamlı xarakter daşıyır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsasını təşkil edir."
bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məhz bu hədəfə yüksək səviyyədə nail olmaqdır. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. "ASAN xidmət", DOST mərkəzlərinin işğaldan azad edilmiş ərazilərimizdə yaradılması da əsas hədəflər sırasındadır. O da məlumdur ki, ötən ilin sonlarında Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST mərkəzinin açılışı oldu. Bu statistik rəqəm açıqlandı ki, bugünədək istifadəyə verilmiş DOST mərkəzlərində ümumilikdə 1 milyon 250 mindən çox şəxsə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98,2 faiz təşkil edir. Ümumilikdə DOST mərkəzləri vasitəsilə həyata keçirilən tədbirlər dövlətin sosialyönümlü siyasətini əyani nümayiş etdirir."
YAP Xətai rayon təşkilatının sədri qürur hissi ilə qeyd edib ki, Böyük Qayıdışın tam şəkildə həyata keçirilməsindən sonra işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə dayanıqlı inkişafa böyük töhfələr verəcək, güclü sosial siyasət üçün imkanlar yaranacaq. Özünüməşğulluq proqramının coğrafiyasının genişlənməsi də əhalinin sosial müdafiəsinin gücləndirilməsində öz sözünü deyəcək.